Azərbaycan Kubokunun son qalibi “Qəbələ”də gözlənilməz ayrılıq yaşanıb.
Yenicag.az xəbər verir ki, söhbət komandanın rəisi Səbuhi Səfiyarlıdan gedir.
2013-cü ilin iyunundan “qırmızı-qaralar”ın uğurları üçün çalışan Səfiyarlının ayrılığı iyunun 1-də rəsmiləşəcək.
Qeyd edək ki, Səbuhi Səfiyarlı “Qəbələ”dən öncə “Neftçi”də mətbuat katibi, “İnter”də isə menecer, direktor müavini və direktor vəzifələrini icra edib. Öz sahəsində ən təcrübəlilərdən hesab olunan Səbuhi Səfiyarlı eyni zamanda 2010-cu ildən FIFA agentidir.
Xatırladaq ki, büdcənin azaldılması səbəbi ilə köklü dəyişiklərə gedən “Qəbələ” legioner futbolçuları ilə də vidalaşıb. Bundan başqa komandanın kapitanı Cavid Hüseynovun da “qırmızı-qaralar”dan ayrılacağı an məsələsidir. Əyalət təmsilçi növbəti mövsümdə öz akademiyasının yetirmələrinə güvənəcək.