Qəbələdə kişi skeleti aşkarlandı

Bu gün günorta saatlarında Qəbələ rayonu Nohurqışlaq kəndinin dağlıq ərazisində kişi skeleti aşkarlanıb.

Bu barədə Yenicag.az-a Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan məlumat verilib.

Həmin şəxsin kimliyinin müəyyən edilməsi istiqamətində polis və prokurorluq əməkdaşları tərəfindən müvafiq araşdırmalar aparılır.