Qəbələdə məktəb binasında yanğın baş verdi

Qəbələ rayonunda məktəbdə yanğın olub.

Yenicag.az xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

Qeyd olunub ki, Bayramkoxalı kəndində tam orta məktəbin ərazisində ümumi sahəsi 176 kvadratmetr olan birmərtəbəli idman zalının dam örtüyünün taxta atmaları 60 kvadratmetr sahədə və yaxınlıqda yığılan 8 kubmetr odunun 1 kubmetr yanıb.

“İdman zalının qalan hissəsi və məktəb binası yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb”, – deyə qeyd olunub.

COP29