Bu gün Qəbələdə yüksək dağlıq ərazidə yerləşən Abrıx kəndi ərazisində yanğın başlayıb.
Yenicag.az Ekologiya və Təbii Sərvətlər Nazirliyinin (ETSN) mətbuat xidmətinə istinadla xəbər verir ki, yanğın 1.5 hektar ərazini əhatə edib.
Nazirliyin və ətraf rayonların Meşə Mühafizəsi Bərpası Müəssisələrinin əməkdaşları Yanğından Mühafizə Xidməti ilə birlikdə alovun qarşısını almağa çalışırlar. Dağlıq şərait, havanın isti və küləkli olması yanğının söndürülməsinə çətinlik yaradır. Yanğının söndürülməsinə helikopterlər də cəlb olunub.
ETSN-in yaydığı son məlumata görə, yanğının söndürülməsi üçün bütün qurumların əməkdaşları hadisə yerinə cəlb olunub, eyni zamanda nazirliyin müvafiq qurumları fövqəladə iş rejiminə keçib. Hadisə yerində ETSN və Fövqəladə Hallar Nazirliyinin canlı qüvvələri bütün mümkün olan vasitələrdən istifadə etməklə yanğının söndürülməsinə cəhd göstərirlər. Ərazi yüksək dağ massivində və çətin relyefdə yerləşdiyindən və havanın küləkli olmasından onun söndürülməsində çətinliklər yaranıb. Hazırda yanğının söndürülməsi işləri davam etdirilir.