!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbələdə müəmmalı intihar: "Deyirlər, Rəvanı asıblar" - FOTO

!Reklam – Yazi

Qəbələdə intihar hadisəsi qeydə alınıb.

Yenicag.az xəbər verir ki, şəhərin “Qəbələ – Xanlar” İstirahət Mərkəzində çalışan 1995-cil təvəllüdlü Mahmudov Rəvan Mahir oğlu özünü işlədiyi məkanın arxasında yerləşən yarımçıq tikilidə asıb.

Məsələ ilə bağlı Yenicag.az saytına açıqlama verən mərhumun kürəkəni Mehdiyev Cavad müəmmalı intiharın səbəblərini hələ ki, bilmədiklərini deyib. Onun sözlərinə görə, intihar edən Əmirvan kənd sakininin hər hansı bir problemi olmayıb: “Meyit asılmış vəziyyətdə tapılmışdı. Boğazında kəndir var idi. Gah deyirlər özünü asıb, gah da deyirlər asıblar. Polisdən də iki günə məsələnin dəqiqləşəcəyini deyiblər. İntiharı səbəbi də müəmmalı olaraq qalır. Bədənində hər hansı bir xəsarət izi yox idi. Nəyə görə intihar etdiyini də bilmirik. Heç bir problemi yox idi. İşində də hər hansı problem olmayıb, müdirləri də gəlmişdi”.

Qeyd edək ki, faktla bağlı Qəbələ şəhər Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci ( özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Emin Səfərov

Yenicag.az

www.yenicag.az

2812
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv