“Qəbələ”də növbəti ayrılıq reallaşıb.
Yenicag.az xəbər verir ki, komandanın müdafiəçisi Ruan Renato ilə danışıqlar uğursuz nəticələnib.
Tərəflər maliyyə məsələlərində anlaşa bilməyiblər. Əyalət təmsilçisində ilinə 100 min dollar qazanan braziliyalı ərəb klublarının birindən aldığı daha yaxşı maliyyə şərtləri olan müqavilə təklifini üstün tutub.
Qeyd edək ki, “Qəbələ” daha əvvəl Ramon Maçado, Məqsəd İsayev, Andrey Strijak, Səlahət Ağayev, Rövlan Muradov və Felipe Santosla yollarını ayırıb./oxu.az/