“Qəbələ” daha bir futbolçusu ilə yollarını ayırıb.
Yenicag.az xəbər verir ki, söhbət Endi Hallideydən gedir.
Qarşılıqlı razılaşmaya əsasən tərəflər arasında bağlanılan 1 illik icarə müqaviləsinə vaxtından əvvəl xitam verilib. 26 yaşlı yarımmüdafiəçi müqavilə ilə məxsus olduğu Şotlandiyanın “Reyncers” klubuna dönəcək.