Qəbələdə oğurluq edən şəxs saxlanıldı

Qəbələ Rayon Polis Şöbəsinə rayon ərazisində yerləşən 2 fərdi yaşayış evindən ümumi dəyəri 2800 manat olan qızıl-zinət əşyalarının oğurlanması barədə müraciət daxil olub.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan Yenihcag.az-a verilən məlumata görə, daxil olmuş müraciət əsasında polis əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində evlərdən oğurluq edən Bakı şəhər sakini Ə.Məmmədyarov saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.