!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbələdə saxlanılan keçmiş nazirlərə xəbərdarlıq edildi

!Reklam – Yazi

Qarabağ veteranının hüzr mərasiminə gedən sabiq nazirlər yol polisi tərəfindən bir neçə dəfə saxlanılıblar. 

Yenicag.az xəbər verir ki, ölkənin keçmiş müdafiə naziri Rəhim Qazıyev və sabiq daxili işlər naziri İsgəndər Həmidovun olduğu avtomobili Qəbələdə yolboyu təkrar-təkrar saxlayan polis əməkdaşları onlara rayonda siyasi təbliğat aparmamaq barədə xəbərdarlıq ediblər.

Bu barədə Yenicag.az-a məlumat verən Rəhim Qazıyev Qəbələdə üzləşdikləri vəziyyəti belə təsvir edib:

“İsgəndər Həmidov, Əhməd Oruc, Gülnaz xanım və mən Qəbələyə, Qarabağ qazısı, polkovnik-leytenant Əliyaz Mirzəyevin yas mərasiminə gedirdik. Rayonun girişində yol polisi heç bir əsas olmadan maşını saxladı və bizim hər birimizin sənədini tələb etdi.

Sənədlərimizi yoxladıqdan sonra bizim yola davam etməyimizə mane olmadılar, ancaq dedilər ki, beş dəqiqədən sonra sizi yenə saxlayacaqlar. Onların dediyi kimi oldu. Rayon mərkəzinə az qalmış polis bizi yenə saxladı.

Bizə rayonda siyasi təbliğat aparmamaq barədə xəbərdarlıq etdilər. Onlara izah etməyə çalışdıq ki, biz Qarabağ qazisinin hüzr mərasiminə gedirik, siyasi tədbirə yox. Bu kimi hadisələr artıq neçənci dəfədir ki, təkrarlanır. Anlamaq çətindir, bunlar nəyə görə belə süni gərginlik yaradırlar”.

A.Zeynalov

www.yenicag.az

12873
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv