Qəbələdə sel 2 kəndin rayon mərkəzi ilə əlaqəsini kəsdi – VİDEO

Güclü yağış Qəbələ rayonunda bir sıra fəsadlar törədib.

Yenicag.az “Report”a istinadən xəbər verir ki, avqustun 10-da axşam saatlarında başlayan güclü yağış nəticəsində çaylarda suyun səviyyəsi artıb.

Nəticədə Qaraçay çayı daşaraq Dandıx və Solquca kəndlərinin rayon mərkəzi ilə əlaqəsinin kəsilməsinə səbəb olub.

Hazırda kənd sakinləri çayı xüsusi nəqliyyat vasitələri ilə keçərək hərəkət etmək məcburiyyətindədirlər.