Qəbələdə transformator yandı, alovlar əraziyə yayıldı

Qəbələdə yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, rayonun Xırxatala kəndində gücü 100 Kvt olan transformatorun sarğıları və ətrafında 30 m² sahədə quru ot yanıb.

Yaxınlıqdakı fındıq bağları yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.