Qəbələdə YANĞIN – Söndürülməsinə 2 qurum cəlb olundu

Fövqəladə Hallar Nazirliyinin (FHN) Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Qəbələ rayonunun Yenikənd kəndi yaxınlığında açıq ərazidə yanğın olması barədə məlumat daxil olub.

FHN-dən Yenicag.az-a verilən məlumata görə, məlumat qəbul ediləndən dərhal sonra FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri çağırış üzrə cəlb olunub.

İlkin məlumata əsasən, təqribən 5 ha sahədə kol-kos və quru ot yanır. Hazırda yanğınsöndürmə işləri davam etdirilir. Yanğının söndürülməsinə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Meşə Təsərrüfatı Mərkəzinin əməkdaşları da cəlb olunub.