Qəbələdə yük maşını yandı

Qəbələ rayonunun Nic qəsəbəsində “Ford” markalı yük avtomobilinin mühərrik hissəsi yanıb.

Fövqəladə Hallar Nazirliyindən Yenicag.az-a verilən məlumata görə, avtomobilin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.