Reklam: Sinerji
Ziraat Bank New 160×600
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qəbələdə zəhərlənənlərin sayı 75 nəfərə çatdı - Araşdırmalara başlanıldı

Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra qida zəhərlənməsi ilə əlaqədar Mərkəzi Rayon Xəstəxanası və Diaqnostika Mərkəzinə müraciət edənlərin sayı 75 nəfərə çatıb.

Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, müraciət edənlərin 16-sı qadın, 7-si uşaq, qalanları kişilərdir. Zəhərlənmə ehtimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımi tibbi yardım göstərilib:

“Gecə saat 2-də xəstəxanada 6 nəfər olub ki, onların da 4-ü səhərə yaxın evə buraxılıb. Hazırda xəstəxanada 2 nəfər müalicəsini davam etdirir. Baş vermiş hadisə barədə hüquq-mühafizə orqanları və Qida Təhlükəsizliyi Agentliyi məlumatlandırılıb. Xəstəxana gücləndirilmiş iş rejimində işləyir”.

***

Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimində baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.

Bu barədə Yenicag.az-a Agentlikdən məlumat verilib.

Məlumatda bildirilir: “Hazırda daxil olmuş məlumat əsasında Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssislərindən ibarət işçi qrupu araşdırmalara başlayıb. Araşdırmaların nəticələri ilə bağlı ictimaiyyətə məlumat veriləcək”.

Xatırladaq ki, Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra qida zəhərlənməsi ilə əlaqədar Mərkəzi Rayon Xəstəxanası və Diaqnostika Mərkəzinə müraciət edənlərin sayı 75 nəfərə çatıb. Onların 16-sı qadın, 7-si uşaq, qalanları kişilərdir.

Loading...

www.yenicag.az

2937
reyting.az
www.busaat.az
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100