Qəbələnin Zərgərli kəndində keçirilən toy mərasimindən sonra qida zəhərlənməsi ilə əlaqədar Mərkəzi Rayon Xəstəxanasına və Diaqnostika Mərkəzinə müraciət edənlərin sayı 89 nəfərə çatıb.
Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Yenicag.az-a verilən məlumata görə, müraciət edənlərin 19-u qadın, 8-i uşaq, qalanları kişilərdir.
Zəhərlənmə etimalı ilə müraciət edənlərin hamısına Qəbələ Mərkəzi Rayon Xəstəxanasında lazımi yardım göstərilib. Hazırda xəstəxanada 1 nəfər – 2004-cü il təvəllüdlü Əsgərov Bayram Bilal oğlu müalicəsini davam etdirir.