Xəbər verdiyimiz kimi, Qəbələdə toyda kütləvi zəhərlənmə olub. Zəhərlənmə ilə bağlı Qəbələ Rayon Mərkəzi Xəstəxanasına ümumilikdə 55 nəfər müraciət edib.
Yenicag.az xəbər verir ki, hadisə rayondakı “Çinar” restoranında baş verib.
Əldə etdiyimiz məlumata görə, zəhərlənmə paytaxt salatından qaynaqlanıb. Belə ki, toyda iştirak edənlər paytaxt salatının qıcqırdığını bildiriblər. Buna baxmayaraq, iştirakçılar arasında salatı yeyənlər olub. Həmin şəxslər də zəhərləniblər.
Zəhərlənmə toy iştirakçıları arasında qorxu yaratdığı üçün heç bir simptom göstərməyən şəxslər də xəstəxanaya müraciət ediblər.
Toyun Əmilli kənd sakinlərinin keçirdiyi qız toyu olduğu bildirilir.