Reklam: Hightechnic
Ziraat Bank New 160×600
Koronavirus
Ziraat Bank New 160×600
Ziraat Bank New 768×90 / 320×100

Qəbələdəki yanğın davam edir: 273 nəfər, 2 helikopter, 13 texnika cəlb edildi - VİDEO

Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri Qəbələ rayonunun Solquca və Abrıx kəndləri istiqamətində mürəkkəb relyefli dağlıq ərazidəki yanğınla mübarizə tədbirlərini davam etdirir.

Bu barədə Yenicag.az-a FHN-dən məlumat verilib.

Yanğınsöndürmə əməliyyatlarında, ümumilikdə Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğından Mühafizə Xidmətinin 168 nəfərdən ibarət şəxsi heyəti və 5 texnikası, Mülki müdafiə qoşunlarının 45 nəfərdən ibarət şəxsi heyəti və 3 texnikası, Şimal-qərb Regional Mərkəzinin 20 nəfərdən ibarət şəxsi heyəti və 5 texnikası, Aviasiya dəstəsinin 2 ədəd helikopteri, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyi Meşə Təsərrüfatı Mərkəzinin 25 nəfər əməkdaşı və 15 nəfər yerli sakin iştirak edir.

Ərazinin mürəkkəb relyefli, havanın isə mütəmadi güclənən küləkli olması yanğınla mübarizə tədbirlərini çətinləşdirsə də yanğının söndürülməsi istiqamətində işlər fasiləsiz olaraq davam etdirilir.

www.yenicag.az

249
www.veteninfo.com
Ziraat Bank New 768×90 / 320×100