“Qəbələ”dən ayrılan futbolçu Cənubi Koreya klubunda – FOTO

2016/2017 mövsümü başa çatdıqdan sonra “Qəbələ”dən ayrılan Daniel Subotiçin yeni klubunun adı bəlli olub.

Yenicag.az xəbər verir ki, isveçrəli forvard karyerasını Cənubi Koreyada davam etdirəcək.
O, bu ölkənin “Ulsan Hyundai” klubu ilə mövsümün sonunadək sözləşmə imzalayıb.

Qeyd edək ki, iki fərqli mövsümdə “Qəbələ”də çıxış edən Subotiç meydana çıxdığı 40 qarşılaşmada 15 qol vurub.

Yenicag.az