“Qəbələ”dən ayrıldı, “Zirə”yə keçdi

Ötən mövsümü uğursuz başa vuran “Zirə” heyətini daha bir futbolçu ilə gücləndirib.

Yenicag.az xəbər verir ki, bakılılar Elvin Camalovla anlaşıb. 24 yaşlı yarımmüdafiəçi ilə 2 illik müqavilə bağlanılıb.

Qeyd edək ki, Camalov daha əvvəl “Qəbələ”də forma geyinib. Elvin həmçinin Azərbaycanın müxtəlif yaş qrupu üzrə milli komandalarının da şərəfini qoruyub.