!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qəbələ”dən səfər qələbəsi

!Reklam – Yazi

Bu gün Azərbaycan Premyer Liqasında XII tura start verilib.

Yenicag.az xəbər verir ki, turun açılış matçında “Keşlə” doğma meydanda “Qəbələ” ilə qarşılaşıb.

Oyun “Qəbələ”nin 2:1hesablı qələbəsi ilə başa çatıb. Hesabı 17-ci dəqiqədə qonaqların yarımmüdafiəçisi Ceyms Adeniyi açıb. 3 dəqiqə sonra Təmkin Xəlilzadənin ötürməsini Voyislav Stankoviç başla qapıya göndərib və hesabı artırıb. Bundan sonra hücumlarının kəsərini artıran meydan sahibləri 38-ci dəqiqədə Amil Yunanovun qolu ilə hesab arasındakı fərqi azaldıb – 1:2.

İkinci hissə komandaların qarşılıqlı hücumları ilə keçib. Amma hesab dəyişməyib.

Bu nəticədən sonra “Qəbələ” xallarının sayını 15-ə çatdırıb və 5-cipillədəki yerini qoruyub. 12 oyundan sonra 9 xal toplayan “Keşlə” isə 7-ci pillədədir.

Qeyd edək ki, günün növbəti matçı “Qarabağ”la “Sabah” arasında keçiriləcək. Tura isə noyabrın 25-də “Səbail” – “Neftçi” və “Zirə” – “Sumqayıt” görüşləri ilə yekun vurulacaq.

www.yenicag.az

2746
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv