“Qəbələ”dən şok məğlubiyyət, “Neftçi”dən “Zirə” ilə heç-heçə

Bu gün Azərbaycan Premyer Liqasında XVII tura start verilib.

Yenicag.az xəbər verir ki, ilk oyun günündə iki qarşılaşma baş tutub.

“Səbail” öz meydanında “Qəbələ”ni, “Neftçi” isə “Zirə”ni qəbul edib. Liderlər qrupunda qərarlaşan “Qəbələ” gözlənilməz məğlubiyyətlə üzləşib. Paytaxt klublarının dueli isə heç-heçə başa çatıb.

Azərbaycan Premyer Liqası

XVII tur

24 fevral (şənbə)

“Səbail” – “Qəbələ” – 2:1
Qol: Vitali Vernidub, 25-avtoqol (1:0), Fəhmin Muradbəyli, 56 (2:0), Baqali Dabo, 68 (2:1)
İlk iki dövrədəki oyunlar – 1:3, 1:3
Hakimlər: Əliyar Ağayev, Rza Məmmədov, Namiq Hüseynov, İnqilab Məmmədov
“Bayıl Arena”

“Neftçi” – “Zirə” – 1:1
Qol: İqnasio Herrera, 22 (1:0), Evans Uilyams, 30 (1:1).
İlk iki dövrədəki oyunlar – 1:2, 0:1
Hakimlər: Ramil Diniyev, Yaşar Abbasov, Nahid Əliyev, Rəvan Həmzəzadə
8-ci km qəsəbə stadionu