!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəbələdən uçan “Pegasus” şirkəti azərbaycanlıları belə aldadır -ŞİKAYƏT

!Reklam – Yazi

0d46Yr05Za72Azərbaycandan uçuşlara başlayan “Pegasus” şirkətindən şikayətlər durmadan artır.

AZXEBER.COM-a şikayət edən Aygün adlı vətəndaş “Pegasus” şirkətinin onun başına gətirdiyi müsibətlərdən danışıb:

“Mən ayın 27-si gecə saatlarında Qəbələdən İstanbula təktərfəli bilet almışdım. Bildiyiniz kimi, həmin gün səhər Bakıda saatlar dəyişmədi və maraqlıdı ki, bununla bağlı aviaşirkət bizə heç bir məlumat vermədi. Nəticədə aeroporta 4 saat öncə getməli olduq və orada gözlədik. Ancaq aeroporta çatanda bizi daha böyük sürprizlər gözləyirmiş. Belə ki, “Pegasus” şirkətinin əməkdaşları əlavə 2 baqaja görə məndən nə az, nə çox düz 179 manat və 25 avro aldılar. Ancaq onu da qeyd edim ki, mənim aldığım baqajda 20 kq götürmək şansım var idi. Əlavə hər kiloya görə, məndən 7 avro aldılar. Daha sonra “Pegasus”un işçisi mənə təklif etdi ki, ikinci baqajı başqa vətəndaşın adına yazın və onun ödənişini edin. Mən də buna razılaşdım. Ona görə də məndən 75 manat və 25 avro aldılar. Məhz həmin işçinin sözüylə hərəkət etdim və nə qədər geri düşdüm”.

Şikayətçi İstanbula çatdıqda isə daha böyük sürprizlə qarşılaşıb. Belə ki, “Pegasus” əməkdaşının baqajı adına yazdığı şəxs tranzit yolu ilə Türkiyənin başqa şəhərinə gedib: “Mən İstanbula düşəndə, şok oldum. Orada mənə dedilər ki, sənin digər baqajın Adana şəhərinə gedib, gərək gedib oradan götürəsən baqajını. Mən isə dedim ki, axı sizin öz işçiniz baqajı o adamın adına yazdırıb. Onlar da cavabında bildirdilər ki, bizim Qəbələdəki işçi məsuliyyətsizdirsə, biz nə edə bilərik? Siz özünüz səhv etmisiz. ona görə də gedin Adanadan baqajınızı tapın. Bu həm də sizin cəzanızdır, çünki siz az pul ödəmək üçün belə addım atmısız”.

Şikayətçi bildirib ki, bir daha “Pegasus”un xidmətlərindən istifadə etməyəcək: “Mənə ən çox təsir edən o oldu ki, mənim baqajımda dərman var idi və o dərman soyuq şəraitdə saxlanılmalıdır. Qiyməti isə 400 dollardır. Məhz şirkətin məsuliyyətsizliyi ucbatından mən nə qədər geri düşdüm. “Pegasus”la uçmağı heç kəsə məsləhət görmürəm, onsuzda normal aviaşirkətlərdən iki dəfə çox pul çıxacaq. Onlar yalandan saytlarına başqa qiymət qoyurlar, reallıqda isə qiymət başqa olur”

Şikayətçi “Pegasus” şirkətini ödədiyi çekləri də təqdim edib. Maraqlıdır ki, şirkət işçiləri burada da səhvə yol veriblər. Belə ki, 1 baqaja görə 2 eyni qəbz təqdim ediblər və həmin qəbzlər başqa – başqa adamların adına olub. Belə ki, Rüstəmov Zahirin qəbzini də təqdim ediblər.

Məsələ ilə bağlı “Pegasus” şirkəti ilə əlaqə saxlasaq da, operator bu suallara cavab vermək səlahiyyətinin olmadığını dedi. Qarşı tərəfin də fikrini yayımlamağa hazırıq.

www.yenicag.az

719
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv