Bu gün Avropa Liqasında II təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulacaq.
Yenicag.az xəbər verir ki, Azərbaycan təmsilçiləri “Qəbələ” və “Zirə” də meydana çıxacaq.
Mübarizəyə ikinci təsnifat mərhələsindən başlayan “qırmızı-qaralar” doğma meydanda Polşanın “Yagelloniya” klubunu qəbul edəcək.
“Zirə” isə Rumıniyada yerli “Astra”nın qonağı olacaq.
Avropa Liqası
II təsnifat mərhələsi, ilk oyun
13 iyul
21:00. “Qəbələ” (Azərbaycan) – “Yagelloniya” (Polşa)
Baş hakim: Marko Frits
Baş hakimin köməkçiləri: Holqer Henşel, Marsel Pelqrim
Dördüncü hakim: Quido Vinkmann (hamısı Almaniya)
UEFA nümayəndəsi: Yevgeni Tratsyuk (Belarus)
Hakim-inspektor: Erol Ersoy (Türkiyə)
8-ci km qəsəbə stadionu
21:30. “Astra” (Rumıniya) – “Zirə” (Azərbaycan)
Baş hakim: Sergey Sinkeviç
Baş hakimin köməkçiləri: Yevgeni Romanov, Vitali Malyutsin
Dördüncü hakim: Viktor Şimusik (hamısı Belarus)
UEFA nümayəndəsi: İvan Borissov Lekov (Bolqarıstan)
Hakim-inspektor: İrji Ulrix (Çexiya)
Giurgiu. Marin Anastasoviçi stadionu