“Qəbələ”nin futbolçusu evləndi

Bu gün “Qəbələ”nin müdafiəçisi Voislav Stankoviç ailə həyatı qurub.

Yeniçağ.Az xəbər verir ki, Serbiyanın Vranye şəhərində baş tutan toy məclisində Stankoviçi komanda yoldaşları Filip Ozobiç və David Pietrzkeviç tək qoymayıblar.

Qeyd edək ki, “Qəbələ” ukraynalı futbolçu ilə bir illik yeni müqavilə imzalayıb.

Yeniçağ.Az