!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Qarabag

“Qəbələ”nin futbolçusu “Neftçi”də

!Reklam – Yazi

“Neftçi” növbəti transferini gerçəkləşdirib.

Yenicag.az xəbər verir ki, paytaxt təmsilçisi Baqali Dabo ilə müqavilə imzalayıb. Fransız futbolçu 2 il “Neftçi”nin uğurları üçün mübarizə aparacaq. 29 yaşlı hücumçu “ağ-qaralar”ın heyətində 9 nömrəli formanı geyinəcək.

Fransanın “İvri”, “Kretey”, “İstr” komandalarında çıxış etmiş Baqali Dabo ötən mövsüm “Qəbələ”nin heyətində 27 oyunda 13 qol vurmaqla Premyer Liqanın ən yaxşı bombardiri olub.

Qeyd edək ki, “Neftçi” bundan öncə cinah müdafiəçisi Tural Axundov, xorvatiyalı mərkəz müdafiəçisi Slavko Braliç, yarımmüdafiəçi Rəşad Eyubov və braziliyalı hücumçu Dario Frederikonun keçidini rəsmiləşdirib.

www.yenicag.az

2366
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv