“Qəbələ”nin futbolçusu qəzaya düşdü

“Qəbələ” futbol klubunun oyunçusu Emin Səfərov Zaqatalada qəzaya düşüb.

Yenicag.az xəbər verir ki, gənc oyunçunun idarə etdiyi “Niva” markalı avtomobil qarşıdan gələn “VAZ-2107” markalı avtomobillə toqquşub.

Hadisə nəticəsində E.Səfərov xəsarət alaraq xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.