Azərbayan Premyer Liqasının 10-cu turunda “Zirə”nin qonağı olan “Qəbələ” rəqibinə 1:2 hesabı ilə məğlub olub.
Yenicag.az xəbər verir ki, qarşılaşmanın 43-cü dəqiqəsində qonaqlar azlıqda qalıb. Belə ki, “qırmızı-qaralar”ın kapitanı Cavid Hüseynov Milan Duriçlə mübarizədən sonra ona açıq-aşkar əllə zərbə endirib. Matçın baş hakimi Fariz Yusifov isə Hüseynova birbaşa qırmızı vərəqə göstərərək meydandan qovub.
F.Yusifov özü isə oyunun 51-ci dəqiqəsində diqqət mərkəzinə düşüb. O, “Qəbələ”nin futbolçusu Famussa Koneyə rəqib futbolçu tərəfindən “Zirə”nin cərimə meydançası daxilində kobudluğu simulyasiya kimi qiymətləndirib.
Qarşılaşmanın videoicmalını təqdim edirik: