“Qəbələ”nin sabiq futbolçusu Marat İzmaylovun yeni klubu müəyyənləşib.
Yenicag.az xəbər verir ki, təcrübəli yarımmüdafiəçi Rusiyanın paytaxtı Moskvada yeni yaradılan “Ararat”la anlaşıb. Tərəflər arasında 1 illik sözləşmə imzalanıb.
Qeyd edək ki, 2014-cü ilin yanvarında “Qəbələ”yə keçən İzmayılovun “qırmızı-qaralar”dakı çıxışı 6 ay davam edib.