Qəbiristanlıqda gizlədilmiş silah tapıldı – Bakıda

Bakıda qəbiristanlıqda gizlədilən silah aşkarlanıb.

Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən Yenicag.az-a verilən məlumata görə, xidmətin əməliyyat aparatının müxtəlif cinayətlərin üstünün açılması istiqamətində respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı davam edir.

PX Baş idarəsi və Bakı İstintaq təcridxanasının əməliyyat aparatlarının Nizami rayon Polis İdarəsinin 24-cü Polis bölməsinin əməkdaşları ilə birgə keçirdikləri əməliyyat tədbiri nəticəsində Bakı şəhəri Nizami rayonu ərazisində yerləşən qəbiristanlıqda xüsusi üsulla ə torpağa basdırılaraq gizlədilmiş 1 ədəd dolu sandıqça ilə birgə “TT” markalı tapança aşkar edilərək götürülüb.

Fakt üzrə Nizami rayon Polis İdarəsinin 24-cü Polis bölməsi tərəfindən araşdırma aparılır.