Qəbiristanlıqdan silah-sursat tapıldı

Bakıda qəbiristanlıqda silah-sursat tapılıb.

Yenicag.az DİN-in saytına istinadən xəbər verir ki, Nizami Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla üzərindən narkotik vasitə aşkarlanan Bakı şəhər sakini F.Ağaməmmədovun rayon ərazisindəki qəbiristanlıqda gizlətdiyi 1 ədəd “RPQ-78” minaatan, 1 ədəd “F-1” qumbarası, 1 ədəd alışdırıcı və 758 ədəd patron aşkar olunaraq götürülüb.