Qəbristanlıqda şok: məzardan inilti səsi gəldi – VİDEO,FOTO

30644Ötən həftə dəfn olunmuş insanın məzarını ziyarətə gəlmiş ailə üzvləri və qohumları yaxınlıqdakı məzardan inilti səsini eşidəndə bərk qorxublar. Onlar səs gələn məzara yaxınlaşmağa cürət etməyiblər.

Hadisə yerinə polis çağırılıb.

Olay Braziliyanın Rio-de-Janeyro ştatındakı Kampus dus Qoytazakis şəhərindəki Kahu qəbristanlığında yaşanıb.

Milli.Az Daily Mail-ə istinadən bildirir ki, polislər olay yerinə gələndə məzarın vandallar tərəfindən dağıdıldığını düşünüblər və baxış keçirməyə başlayıblar.

Məzarın sinədaşı qaldırılanda polislər və yanğınsöndürənlər orada qan içində olan insanı görüblər. O, ağır yaralı idi və astadan inildəyirdi.

Yaralı şəxs “Ferreira Machado Hospital”a aparılıb.