Bu gün Milli Məclisin Regional məsələlər komitəsinin iclası keçirilib.
İclasda çıxış edən komitə sədri Arif Rəhimzadə bələdiyyələrin fəailiyyəti ilə bağlı mühüm işlərin görüləcəyini bildirib.
Komitə sədri qeyd edib ki, ötən ildən etibarən bələdiyyələrin vergiləri və ödənişləri nağdsız halda alması məsələsi qanunvericilikdə öz əksini tapıb: “Bu məsələnin icrasında müəyyən çətinlək var. Hazırda bununla bağlı müəyyən tədbirlər görülür və təkliflər hazırlanır. Bələdiyyələrin qeyri-hərrac yolu ilə mövsümi istifadəsi üçün torpaqların icarəyə verilməsi məsələsi də gündəlikdə yer alıb”.
A.Rəhimzadə, həmçinin vurğulayıb ki, Azərbaycanda qəbristanlıqların istifadəsi ilə bağlı yeni layihə hazırlayıb.
Komitə sədri bildirib ki, layihənin şəhər, rayon və qəsəbə Assosiasiya rəhbərlərinə verilməsi planlaşdırılır:“Onlar yeni layihəni müzakirə etdikdən sonra öz təkliflərini verəcəklər. Qanun layihəsi yaxşı olsa da, çox vəsait tələb edir. Vəsaitin haradan və necə tapılması haqqında düşünmək lazımdır. Bu, gündəmdə olan məsələdir”.