Qəbul imtahanında 3 abituriyent 700 bal toplayıb
Aprelin 30-da II və III ixtisas qruplarının abituriyentləri üçün keçirilən qəbul imtahanında iştirak etmək üçün sənəd vermiş 35433 abituriyentdən 706 nəfəri imtahanda iştirak etməyib.
Yeniçağ.Az xəbər verir ki, imtahanda iştirak edən abituriyentlərdən 17 nəfəri imtahan qaydalarını pozduqlarına görə imtahandan xaric olunmuş və nəticələri ləğv edilib.
İmtahanda II ixtisas qrupu üzrə 2 abituriyent (Ağcabədi şəhəri, 3 saylı məktəb-lisey və Türkiyə Dəyanət Vəqfi Bakı Türk liseyinin məzunları) , III ixtisas qrupu üzrə isə 1 abituriyent (Bakı şəhəri, Zərifə Əliyeva adına liseyin məzunu) onlara təqdim olunmuş bütün test tapşırıqlarına düzgün cavab verib və maksimum nəticə – 700 bal toplayıb.
Yeniçağ.Az