Qəbul proqramları ilə bağlı jurnalın çap olunacağı tarix məlum oldu

“İmtahan məzmununun formalaşması üçün daima elmi araşdırmalar aparılır. Bu, məktəbin tam proqramı deyil. Qəbul proqramı orta məktəb proqramının qısaldılmış əsas hissəsidir”.

Yenicag.az xəbər verir ki, bu fikirləri Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasının sədri Məleykə Abbaszadə deyib.

Onun sözlərinə görə, pandemiya səbəbilə müəyyən dərslər keçirilmədi və şagirdlər həmin dərsləri mənimsəyə bilmədilər:

“Həmin dərsləri kənara qoyub demək olarmı ki, bu dərslər qəbul proqramına daxil edilməsin? Axıra qədər şagirdlərdə lazımi vərdişlər olmalıdır. Bu məsələ ilə əlaqədar ciddi araşdırmalar aparıb, Təhsil Nazirliyi ilə birgə müzakirə edib, ictimaiyyətə çatdırıq. Artıq qəbul proqramları ilə bağlı jurnal hazırdır. Yaxın on gün ərzində çap olunacaq