“Nağd pul qəbzlərinin ölüm təhlükəsi var”.
Yenicag.az xəbər verir ki, bunu Azərbaycan Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynov deyib. Bildirib ki, çap zamanı onlara vurulan mürəkkəbin tərkibində təhlükəli kimyəvi birləşmə – bisfenol var:
“O, dəri vasitəsilə insanın qanına və daxili orqanlarına nüfuz edə bilər ki, bu da xərçəng riskini artırır, xüsusən də prostat və döş xərçəngi. Bu kimyəvi maddə hamilə qadınlar üçün də təhlükəlidir”.
Hüseynov çeklərin təsadüfən islanmasını belə tövsiyə etmir – bu, bisfenolun insan dərisinə nüfuz etmə ehtimalını artırır: “Vətəndaşlara evdə uzun müddət çek saxlamamağı tövsiyə edirəm və daim çeklə işləyən kassirlər əlcəkdən istifadə etməlidirlər”, – o qeyd edib.