Qədim Finikiya şəhəri Beyrutda gördüklərim… – FOTOLAR

photo_70634Salam sənə ey Beyrut
Səmimi-qəlbdən salam
Dənizinə, qaya evlərinə…
Keçmişlərdən dənizçi simasını
Özündə yaşadan
Qədim dağına, daşına…
Ah Beyrut… Al məni qoynuna
Gecələrin ənginliklərində
Möhkəmcə qucaqla…
Haqqında əfsanələr qoşulan, hüzünlü şeirlər, hekayələr yazılan, musiqilər bəstələnən, dünyanın bir çox dillərində şəninə mahnılar oxunan, filmlər çəkilən, daşı, torpağı əsrlərin izini daşıyan qədim Beyrut…Dağlarla göydələnlərin boy-boya, təbiətlə sivilizasiyanın iç-içə, klassika ilə müasirliyin əl-ələ,təhtəlşüurlamüdrik sükutun qanad-qanada verdiyi arzular şəhərini mənə o sevdirdi…Dünyada “Şərq bülbülü” kimi tanınan məşhur ərəb müğənnisi Feyruzun həzin, məlahətli səsi…Dahi Livan yazıçısı və mütəfəkkiri Cübran Xəlil Cübranın fəlsəfi əsərləri… Çağdaş ərəb şeirinin banisi Nizar Kabbaninin Beyruta həsr etdiyi poetik misraları…


Şərqlə Qərb arasında körpü rolunu oynayan, səmavi dinlərin qarşılıqlı vəhdətini özündə ehtiva edən qədim mədəniyyətlər beşiyi Beyruta dəfələrlə səfər etmişəm. Hər gedişimdə düşünürəm ki, artıq bu dəfə paytaxt mübhəm cazibəsini itirərək gözümdə adiləşəcək, sıradan adi bir şəhərə çevriləcək. Lakin gözləntilərimdə yanılıram. Aralıq dənizinin incisi adlandırılan Beyrut qərinələrin kölgəsində gizlənən tarixi sirləri, ecazkar gözəlliyi, özünəməxsus qəribəlikləri, bənzərsizliyi ilə mən ihər səfərimdə heyrətləndirir. Deyirlər, hər şəhərin özünəməxsus ruhu, rayihəsi var. Dalğalı dənizin yaxasında rozmarin butasına bənzədilən Beyrut da, onun ruhunu duya biləni bir andaca əsir alır, sehrləyir. Mifalogiyası Aralıq dənizi, fəlsəfəsi Livan dağı, folkloru Horş meşəsi, poeziyası Kalb çayı, nəsriəl-Arz torpağı, musiqisi Sanubar çiçəyi, palitrası Zeytun budağı ilə yoğrulan şəhərin meydan və küçələrini gəzərkən insan düşüncəsi haçalanır, yol ayrıcında qalır, qəribə, izaholunmaz düşüncələr dünyasına qərq olur. Hər daşı, divarı min bir tarix danışır bu qədim şəhərin.

Beyrut adının mənası…
Beş min ilə yaxın tarixi olan Beyrut qədim Finikiya şəhəridir. Beyrutun adı Misir fironlarının yeni padşahlıq dövrünə aid Amarna mətnlərində “Biarutu” kimi çəkilir. Qədim yunan mənbələrində isə, şəhərin adı “Byertos” olaraq göstərilir. Ümumiyyətlə, Beyrutun adı ilə bağlı tarixi, elmi mənbələrdə müxtəlif rəylər mövcuddur. Bəzi alimlərə görə, şəhərin adı sami dillərinə aid “abirot” sözündən götürülüb. Abirot sözünün köku olan “abir” cəsur, güclü deməkdir. Digər bir qrup dilçi alimlər şəhərin adının “Birot” sözündən alınmasını qeyd edirlər. Birot sözünün kökü “Bi-ir” ibrani və ərəb dillərində quyu, qaynaq mənasındadır. Şəhərin adı ərazisində qədim zamanlardan su quyularının çox olması ilə əlaqələndirilir. Beyrutun mərkəzi hissəsində aşkar olunan qədim Roma hamamının qalıqları bu versiyanı sübut edir.

Paytaxtın adı ilə bağlı tədqiqatçı-alimlər arasında ən çox qəbul edilən variant Berutadır. Qədim Finikiya sözü olan Beruta şam ağacı mənasında izah olunur. Şam meşəsində salınan şəhəri finikiyalılar Beruta adlandırıblar. Onu qeyd edim ki, Livan bir çox nadir ağac və kol növlərinin vətəni sayılır.

Sidr, şam, sərv ağaclarının nadir növləri dünyada yalnız Beyrut ərazisində bitir. Əl-İdrisi, əl-Məqdisi və İbn-Battuta kimi məşhur ərəb coğrafiyaçıları, səyyahları öz əsərlərində “Beyruta” şəhərinin coğrafi mövqeyindən bəhs edərkən, “dəniz sahilində yerləşən, torpağı şam və sidr ağacları ilə münbit olan diyar” olaraq səciyyələndirirdilər. Tarixi mənbələrlə yanaşı, səmavi kitabların bəzi ayələrində minilliklər öncə Beyrutun şam meşələri ilə əhatə olunmasından ətraflı söhbət açılır. İsa peyğəmbərin mübarək mövludu, milad bayramının xüsusi təmtəraqla qeyd edildiyi Livan torpaqlarında uzun ömürlu, həmişəyaşıl şam ağacı “həyat ağacı” kimi müqəddəs hesab olunur.
Təzadlarla dolu Beyrut küçələri…
Apar məni o yerlərə
Gedək Hamra küçəsinə
Görüm Beyrut gözəlini
Qoxulayım çiçəyini
Xəfif əsən küləyini…
Gedək sevgi küçəsinə
Əyləşərək bir köşədə
İçək məhəbbət qəhvəsi
Dərdləşək olub-keçəndən
Qalanlardan, köçənlərdən…
Məşhur Livan mahnısında deyildiyi kimi, qəribə şəhərdir Beyrut…Hətta küçələri belə, insanı təəccübləndirir. Hər birinin öz havası, özəlliyi, gözəlliyi, ayrı-ayrılıqda sirri-hekayəsi var. Bəzisi səssiz-səmirsiz, bəzisi izdihamlı, hay-küylü… Bir yanda müasir üslubda tikilən göydələnlər, digər bir yanda savaş dönəmlərində ciddi zərər görən, dağıntıya məruz qalan, Beyrutun qara günlərini, müharibələrin dəhşətlərini insanlara xatırladan, ibrəti-aləm simvolu olan binalar…

XX əsr müasir ərəb poeziyasının parlaq nümayəndəsi Nizar Kabbani Beyruta həsr etdiyi poetik düşüncələrində qeyd edirdi: Beyrut dünyanın gözəllik ilahəsidir. Deyirlər, gözəlin bəxti olmur. Beyrut gözəl olduğu qədər də, talesiz, bəxti qara şəhərdir. Onun qədər başı bəlalı paytaxt yoxdur yer üzündə. Nələr görməyib, nələr yaşamayıb zavallı Beyrut… Bir şəhər ki, İsrailin hərbi hücumlarına məruz qalsın, dayanmadan bombalansın, qan çanağına dönsün. İllərlə sürən müharibələrdə, daxili çəkişmələrdə hər küçəsi, binası, evlərin eyvanları silah və top mərmilərdən dəlmə-deşik olsun…
Bir üzü gülən, bir üzü ağlayan şəhərin Şəhidlər meydanı…


Beyrutun mərkəzindətarixi hadisələrə, qanlı savaşlara, nümayişlərə, xoş və kədərli olaylara şahidlik etmiş “Sahət əl-Şuhədə” adlı Şəhidlər Meydanı var.Livanlı həmkarım, tarix üzrə fəlsəfə doktoru, uzun illərin rəfiqəsiCumana Xuriilə meydan ərazisindəki tarixi məkanları ziyarət edərkən alim “Sahət əl-Şuhədə” ilə bağlı maraqlı məlumatlar verir: “Beyrutu ikiyə bölən, şərq və qərb hissəsinə ayıran “yaşıl xətt” meydanın tən ortasından keçir.Keçmişlərdə şəhərin mənzərəli məkanında, dəniz sahilində yerləşən bu ərazi Bürc meydanı adlandırılıb. Birinci dünya müharibəsi dönəmində bir qrup müsəlman və xristian ziyalı Beyrutdakı fransız konsulluğuna məktub yazaraq, Livanın Osmanlı imperiyasından azad olunması üçün Avropa ölkələrindən yardım istəyir. Gizli məktubCamal Paşanın əlinə keçir və üsyançıların edam olunmalarını əmr edir. Məktuba imza atan və eləcə də, milli azadlıq uğrunda mübarizə aparan və qurtuluş hərəkatına qoşulan vətənpərvərlərağır işgəncələrdən sonra 6 may 1916-cı ildə meydanda dar ağacından asılırlar. O gündən meydan Şəhidlər meydanı adlanır və hər il 6 may tarixində ölkədə Şəhid günü rəsmi olaraq qeyd olunur”.

Meydanla eyni adı daşıyan abidənin yanında Cumana xanım dərindən köks ötürüb, söhbətinə davam edir:”Daxili savaş boyu böyük acılar yaşadıq. Qəlbimiz qanadı, köksümüzdə çox dərin izlər qaldı. Bu bizlərə ibrət dərsi oldu. Toplum olaraq, siyasi, milli fikirlərimiz yeniləndi. Vətən naminə bir yumruq kimi həmrəy olduqca, Beyrut sanki, çəkdiyi qəm-kədərini unudur, fərəhdən üzü gülür…”
Qurşun və mərmi izlərini sinəsində daşıyan Sarı bina…


Daxili və xarici savaşlardan dəfələrlə yıxılan Beyrutun kədərli günlərinə güzgü tutan tarixi məkanlardan biri olan Sarı bina Sodiko məntəqəsində yerləşir. Beyt əl-Asfar (Sarı ev) 1924- cü ildə məşhur livanlı memar Yusif Aftimosun layihəsi əsasında inşa olunub. Vaxtilə Beyrutlu ailələrin yaşadıqları və Beyt əl-Barakat (Bərəkət evi) adı ilə tanınan məhşur bina 1975-ci ildən başlanan müharibə dönəmlərində ciddi dağıntılara məruz qalır. Beyrut bələdiyyəsinin qərarı ilə Beyt əl-Asfar 2008- ci ildən “Şavaş xatirəsi muzeyi” adlanır və siyasi oyunların, məkrli niyyətlərin, fitnə-fəsadın qurbanı olan günahsız insanlara qarşı törədilən vəhşilikləri özündə təcəssüm etdirir.

Ulduz meydanı…


Beyrutun digər məşhur meydanı olan Sahət əl-Nicmə (Ulduz meydanı) şəhərin Downtown bölgəsində yerləşir.Ulduz şəklində ərazi mövqeyinə malik olan meydanın mərkəzinə müxtəlif səmtlərdən küçələr birləşir.Ulduz meydanını gəzərkən insan özünü sanki, Parisin mərkəzi küçələrində hiss edir. Məhz bu oxşarlığa görə, Beyrutu Şərqin Parisi adlandırırlar.Tarixi Roma kilsəsi, Parlament binası, 1919-cu ildə inşa olunan Saat qülləsi meydan ərazisində yerləşir.Düzünü desəm, Beyrutun bəzi küçələri mənə doğma Bakının keçmiş “Tarqovaya” küçəsinixatırladırdı: 2-3 mərtəbəli tarixi binalar,bəzəkli daşlarla döşənən səkilər, mağaza və kafelər…

Qədim dövrlərin yadigarları…


Tarixi məkanlar,qədim dövr abidələrinin qalıqları Beyrutun minillik tarixindən xəbər verir. Şəhər ərazisindəki Finikiya şəhər qalıqları, qədim Roma mədəniyyətinin incilərindən hesab olunan Roma hüquq məktəbi, Roma hamamı qalıqları, Roma sütunları insanı ən qədim dönəmlərə səyahətə aparır.
Sursok İncəsənət muzeyi…
Beyrutun Əşrəfiyyə məhəlləsində yerləşən Sursok İncəsənət muzeyi paytaxtın ən gözəl memarlıq tikililərindən hesab olunur. Sursok qəsri kimi tanınan muzey binası 1912-ci ildə sahibkar, xeyriyyəçi Nikola İbrahim Sursokunsifarişi ilə inşa olunub. O dövrdə Misir, Fələstin, Suriya, Livan ərazisində malikanələr, hektarlarla torpaq, mülk sahibləri olan Sursoklar ərəb aləminin məşhur xristian sülalələrindən biridir. Bizans əsilli Sursok ailəsi 1740-cı ildən Beyrutun əl-Barbara məhəlləsində məskunlaşıblar. Dövrünün ən nüfuzlu, zəngin, aristokrat şəxslərindən biri olan Nikola Sursok 1952-ci ildə ölümündən qabaq şəxsi malikanəsini Beyrut bələdiyyəsinə vəsiyyət edir.Livan xalqına hədiyyə etdiyi malikanənin muzey, kitabxana və rəsm qalereyasınıözündə birləşdirən mədəni mərkəz olaraq fəaliyyət göstərməsini arzulayan məşhur mesanatın vəsiyyəti yerinə yetirilir.


1961-ci ildə İncəsənət muzeyi kimi qapılarını ziyarətçilərinin üzünə açan Sursok qəsri daxildən və xaricdən əzəmətli görünüşü ilə diqqəti cəlb edir.İtaliyalı memarın layihəsi əsasında barokko üslubunda inşa edilən malikanənin tikintisi zamanımüxtəlif memarlıq nümunələrindən istifadə olunub.Muzeyə daxil olduqda, dairəvi formalı sütunlu zal,rəngli şüşələrləşəbəkə üslubunda işlənən pəncərələr, sidr ağacından hazırlanan qapılar, naxışlı döşəmə,mərmər pilləkənlər ilk baxışdan göz oxşayır.

Beyrutun incəsənət məbədi adlandırılan Sursok muzeyində XVII-XX əsrlərə aid 5000-dən artıq qiymətli eksponatlar sərgilənir. Müxtəlif təsviri incəsənət nümunələri:rəsm, heykəltəraşlıq, qravür, keramika əsərləri, dini ikonalar, şüşədən hazırlanan antik suvenirlərləzəngin olan muzeyin eksponatları arasında dünyada ilk dəfə çap olunan Qurani-Kərim və XVII əsrə aid Fransanın dövlət xadimi Kardinal Rişelyenin şəxsi nəzarəti altında 7 dildə çap edilən İncil və yaşı minilliklərlə ölçülən qədim küpə böyük maraq doğurur. Onu qeyd edim ki, muzey nəzdindəkitabxana fəaliyyət göstərir. Kitabxanaya xüsusi buraxılış vəsiqəsi olan şəxslərin daxil olmasına icazə verilir.Livan və xarici ölkə rəssamlarının əsərlərindən ibarət yüzdən çox sərgiyə ev sahibliyi edən Sursok muzeyi Beyrutun dünyaya açılan mədəni pəncərəsi hesab olunur.

Şərq aləminin kosmopolit mərkəzi…
Paytaxtda əks qütblər,fərqli dini toplumlar, müxtəlif xalqlara məxsus mədəniyyətlərqəribə şəkildə çuğlaşır. Bu baxımdan, ərəb dünyasının kosmopolit mərkəzi hesab olunan Beyrutun əksər məhəllələrində şərqlə qərb ənənələri sanki, bir qazanda qaynayır. Paytaxt kosmopolit, beynəlmiləlşəhər olmaqla yanaşı, fərqliliklərlə təzadların bir arada cəm olduğu məkandır. Müxtəliftəriqətlərəmənsub insanların: sünni, şiə, marun, ortodoks, isavi, musəvi, yezidi, dürzilərinbirgə yaşadıqları Beyrutda rəsmi olaraq, dövlət tərəfindən tanınan 9 dini məzhəb var. Bütün dini konfessiyaların dövlətin idarə edilməsində iştirakını təmin etmək məqsədilə, xristian və müsəlman icmaları liderlərinin 1943-cü ildə imzaladıqları milli müqaviləyə əsasən, ölkə başçısı xristian-marun, baş nazir müsəlman-sünni, parlament spikeri müsəlman-şiə, müavini isə, pravoslavlar arasından seçilir.

Məscidlə qonşu olan kilsə…


Tarixin müxtəlif dövrlərində inşa olunan islam, xristian və digər dinlərə aid ibadətgahlar, məbədlər bu qədim şəhərə özünəməxsus bənzərsizlik bəxş edir. Dünyada bir çox fərqlilikləri ilə seçilən Beyrutda əsrlərdir bir-birinə çox yaxın məsafədə yerləşən məscidlə kilsəmədəniyyətlər və dinlərarası qarşılıqlı anlaşmanınbariz nümunəsidir. Mavi günbəzli məscidin minarələrindən ucalanazan sədası ilə bir neçə addımlıq məsafədə yerləşən xristian kilsəsininqüllələrindən ətrafa yayılan ahəngdar zəng səslərifövqəladə harmoniya yaradaraq, insanları ibadətə, haqq yoluna səsləyir.

Dinlərarası Qardaşlıq abidəsi…


Livan xalqının milli birlik, həmrəylik rəmzi olaraq Beyrutun mərkəzi meydanında ucaldılan, “dinlər arasında mehriban dostluq və qardaşlıq münasibətləri” ideyasını aşılayan simvolik abidə qeyri-adi görünüşü ilə diqqəti cəlb edir. Onu qeyd edim ki, beyrutlular yaşadıqları ağrı-acılara baxmayaraq, həyatsevər,gülərüz, qonaqpərvərdirlər. Onlar kədərlərini sanki ürəklərinin mübhəm otaqlarında gizlətməyi bacarırlar. Kimisi sahil boyu kornişdə gəzintiyə çıxır, kimisi dəniz kənarında balıq tutur, kimisi kafedə ərəb qəhvəsi içərək qəzet oxuyur, kimisi dirbəkke (ərəb qavalı) çalıb xoş avazla tarab mahnılar oxuyur, kimisi dənizə baxan qayalıqda ləzzətlə qəlyan çəkir, kimisi də rəqs edənlərə, kişili-xanımlı halay qurub, dəbke (yallı) gedənlərə qoşulur.

Beyrutun simvolu: Göyərçin qayaları…


Aralıq dənizinin mirvarisi sayılan Beyrutkornişinin(bulvar)”əl-Ravşeh” adlanan bölgəsində sahilə yaxın məsafədə yerləşən Göyərçin qayaları öz əzəməti ilə göz oxşayır. Paytaxtın rəmzi olan bu möhtəşəm qayaların ərəb dilində digər adı- “Saxrat əl-hob” (Sevgi qayası) adlandırılır.Onu qeyd edim ki, Göyərçin qayaları eyni zamanda, mağara-qaya hesab olunur.

Alimlərin rəyinə görə, Göyərçin qayalarıXIII əsrdə Livan ərazisində baş verən güclü zələzələ nəticəsində əmələ gəlib. Zaman keçdikcə böyük qayanın alt hissəsində dəniz, külək və yağışın təsirindənmöcüzəvi şəkildəəmələ gələn oyuq qeyri-adi görünüşü, möhtəşəmliyi ilə insanları heyran edir.Sanki fövqəladə heykəltəraş tərəfindən yaradılan qayaların məhz sülh quşu ilə adlandırılmasının səbəbi qoynundagöyərçinlərin yuva qurmasıdır. Livan folklorunda yer alan Göyərçin əfsanəsində isə, savaşda sevgilisini itirən gənc qızın acı taleyi nəql olunur. Ayrılıq iztirabına dözməyən qız dənizə gələrək intihar edir. Dünyadan nakam köçən gənclərin ruhları göy üzündə qovuşaraq bir cüt göyərçinə çevrilirlər. Qızın intihar etdiyi məkana isə, səmadan qayalar enir. Böyük qaya oğlanı, yanındakı kiçik qaya isə, qızı xarakterizə edir.
Yaxın Şərqin məclislər paytaxtı…
İlin bütün fəsillərində dünyanın dörd bir tərəfindən bu qədim şəhərəturist axını var. Füsunkar təbiəti, tarixi məkanları, ləziz təamlıLivan mətbəxi iləqəlbinin qapılarını bütün müsafirlərinin üzünə böyük bir genişliklə, səxavətlə açan Aralıq dənizi incisinin özəllikləri, fərqliliyi saysız-hesabsızdır.Ərəb aləminin Avropaya açılan qapısı vəqədim mədəniyyətlərmərkəzi Beyrutda dünya miqyaslı konfransların, simpoziumların,tədbirlərin, festivalların keçirilməsi onun daha bir özəlliyindən xəbər verir. “Yaxın Şərqin məclislər paytaxtı” adlandırılan bu qədim şəhərdə ötən əsrin ortalarından beynəlxalq festivallar çərçivəsində milli musiqi, klassik, caz, tanqo, salsagecələri, opera, kino, teatr, rəsm günləri, moda həftələri,rəqs, gözəllik yarışmaları keçirilir.


Bir müddət öncə Beyrutda təşkil olunan milli musiqi festivalı zamanı paytaxtda elmi ezamiyyətdə idim və qonaq qismində tədbirlərə dəvət almışdım. Festivalın bağlanışında səhnə alan, möhtəşəm ifaları ilə dinləyicisini sirli-sehrli aləmə aparan dünya şöhrətli livanlı müğənni Feyruzun konsertində iştirak etdiyim gün həyatımın ən unudulmaz günü oldu. Olimpiya idman oyunlarının möhtəşəm açılış törənlərinə imza atan, Paris, Las-Veqas, London kimi mədəniyyət mərkəzlərində on altı mindən çox insanın qarşısında yaddaşlardan silinməyəcək konsertlər verən Feyruzun vətən, qürbət, ayrılıq mövzularında səsləndirdiyi nəğmələr mənə doğma yurdumu xatırladır, qürbət ölkədə yaşantılarımdan, əsiri olduğum kövrək duyğularımdan xəbər verirdi…
O qayalar məktubumdur…
Qanadı qırıq, talesiz
Üzgün göyərçinlərə…
Mavi dalğalara atılan
Kədərli yaş axıdan
Solğun yasəmənlərə…
Qanlı torpaq ağı deyir
Öz ruhundan ayrı düşən
Hal-əhvalı pərişan
Küskün didərginlərə…
Şəhrizad

Abu Dabi Universitetinin azərbaycanlı əməkdaşı