“Qədim peşə” ilə MÜBARİZƏ – “Sosial şəbəkələr və televiziyalarda…”

“Bəzi insanların fahişəliyə üz tutması və bu kimi məsələlər dövrün aktual probleminə çevrilib”.

Bu sözləri Yenicag.az-a açıqlamasında sosioloq Kifayət Ağayeva deyib.

Onun sözlərinə görə, dünyada olan insanların əksəriyyəti bu yolu gəlir mənbəyinə çeviriblər.

“Əksər insanlar maddi ehtiyaclarını qarşılamaq üçün bu yolu gəlir mənbəyi kimi seçir və bunu normal bir iş kimi qələmə verirlər. Bəli, bu, həqiqətən də utancverici bir vəziyyətdir. Bundan əlavə, bu kimi insanlar şiddətə, psixoloji baxımdan təzyiqlərə məruz qalırlar. Bu işlə məşğul olan insanlar çox pis xəstəliklərə yoluxa bilərlər və bu xəstəlik onları sadəcə olaraq, ölümə aparar”.

“Digər bir tərəfdən isə sosial şəbəkələrdə bu iyrənc, murdar yol həddindən artıq çox təbliğ olunur. Hətta bəzi televiziya kanalları reytinq xətrinə bu kimi insanları ekspert kimi dəvət edirlər. Belə hallardan sonra artıq bu, insanların gözündə adiləşir və normal bir iş kimi görünür. Bəziləri isə həqiqətən də bu yolu məcburiyyət qarşısında, ağlaya-ağlaya seçirlər. Bunu ən böyük səbəbi isə işsizlikdir”, – deyə o bildirib.

Sosioloqun sözlərinə görə, bəzi ölkələrdə bu kimi şəxslərə aylıq əməkhaqqı da ayrılır:

“Əfsuslar olsun ki, indiki dövrdə bəzi ölkələr fahişəliyi sənət hesab edirlər. Bu kimi ölkələr, hətta bu işlə məşğul olan şəxslərə aylıq əməkhaqqı da ayırırlar. Bu, həqiqətən, sadəcə olaraq, insanı yolundan çıxartmağa təşəbbüs yaradan bir siyasətdir”.

O, əlavə edib ki, bunu qarşını almaq üçün dövlət və cəmiyyət bir olmalıdır:

“Tək dövlətin qadağaları ilə heç bir şey əldə oluna bilməz. Hansısa bir nəticəyə gəlmək üçün dövlət və cəmiyyət birgə fəaliyyət göstərməlidir. Mütləqdir ki, ictimai qınaq olmalıdır. Onsuz da çox vaxt bu kimi şəxslər, adətən, əxlaq polisləri tərəfindən cəzalandırılırlar, lakin nəticə dəyişmir, onlar tutduqları bu yoldan əl çəkmirlər”, – deyə o, fikirlərini yekunlaşdırıb.

Mayıl Soltanov

COP29