!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qədim yurdum:Şərqin İncisi

!Reklam – Yazi

1470516096_01Müasir Naxçıvan haqqında bu günə kimi yüzlərlə məqalə yazılıb.Bu məqalələr içərisində Muxtar Respublikada həyata keçirilən sosial-iqtisadi və mədəni sahədə işlər bütün açıqlığı ilə ortaya qoyulub.

Naxçıvan Şərqin incisi

Ata yurduma demək olar ki,elə də davamlı səfər etmirəm.Bu da daha çox işlərimizin çoxluğundan olur.Ata yurduma səfər edən də isə geriyə Bakıya qayıtmaq istəmirəm.bunun iki səsəbi var:

Birincisi doğma insanların əhatəsində özümü daha rahat hiss etməyim.Digər bir səbəb Naxçıvan insanının qonaqpərvərliyi və Naxçıvanda həyata keçirilən abadlıq,təmizlik və göz oxşayan səliqə-səhimandı.

Bir qədər təvəzükarlıqdan uzaq olsa da deməliyəm ki,Naxçıvanda gördüyüm səliqə-səhimanı ölkənin paytaxtı Bakıda görmək mümkün deyil.Burda təkcə hansısa göstərişlərdən söhbət gedə bilməz.ilk olaraq insanların təmizlik və səliqə-səhimana olan münasibətidir.İnsanlar həyata keçirilən abadlıq və səliqə səhimanı qorumağı bacarırlar.Şərqin incisi olaraq qəbul edilən bu diarda Naxçıvan memarlığını özündə ehtiva edən bütün elementlər qorunmaq və gələcək nəsillərə ötürülmək üçün müasir tikililərdə yenidən canlanır.Naxçıvan şəhərində bir dənə də olsun səliqə-səhimandan uzaq tikiliyə rast gələ bilməzsiniz.Təbii ki,burda MR-a rəhbərliyinin rolu da az deyil.Naxçıvan MR-sı Ali Məclisi sədri cənab Vasif Talıbovun birbaşa tapşırığı ilə həyata keçirilən inşaat və quruculuqda Naxçıvan memarlığı əsas götürülür.

İnsanların İnamı

Naxçıvanda daha çox insanların dövlətə və mövcud hakimiyyət orqanlarına olan münasibəti ilə də maraqlanmasaydım bəlkə də haqsızlıq olardı.Şəhər əhalisi ilə,insanların asudə vaxtını daha çox keçirdikləri çay evlərində və istirahət mərkəzlərində danışmaq,söhbət etmə imkanımda oldu.Hər kəsin fikri ölkə konustitusuyasında ediləcək dəyişikliklər və keçiriləcək referendumla bağlı idi.İnsanlar Ulu Öndərimiz Heydər Əliyevin uzaqgörən siyasətinə dayanan və ölkə prezidenti İlham Əliyevin liderliyi ilə həyata keçirilən daxili və xarici siyasətin daha da güclənməsindən yana olduqlarını açıq şəkildə bəyan edirlər. Kiminsə düşüncəsini bildirməsinə hansısa maniələrin yaradıldığın kimsə deyə bilməz.Əhali uzun illər blokadada yaşayaraq ağrılı-acılı günlərin canlı şahidləri olduğundan, bu gün müasir Naxçıvanda sabitliyin daha da güclənməsi yönündə Ali Məclis rəhbərliyinin yanında olduqlarını deməkdən belə çəkinmir. Çün ki, MR Ali Məclis sədri tərəfindən verilən sərəncamlar və qərarlar insanların hüquqlarının qorunmasına,insanların həyat şəraitinin yüksəldilmısinə xidmət edir.Bu gün Naxçıvan şəhəri daxil olmaqla MR-nın elə bir kəndi,qəsəbəsi olmaz ki, mövcud komunal xidmətlərlə təhciz edilməsin.Naxçıvan şəhərində insanların asudə vaxtının səmərəli keçirilməsi üçün hər cür şərait var.Təkcə naxçıvanlılar deyil,Şərqin incisi sayılan Naxçıvana gələn turustlər tərəfindən də bəyənilməkdədir.

Naxçıvan məmurları və əhali ilə münasibət

Məni Naxçıvanda özünə cəlb edən olaylardan biri,MR-nın məmurlarının insanlarla ünsüyyətidir.Ali Məclis sədri cənab Vasif Talıbov başda olmaqla bütün MR- nazirləri davamlı olaraq əhalinin içərisindədirlər. Həftə ərzində ən az üç kəs bunun şahidi oldum.

Naxçıvan şəhərində görülən işləri qarış-qarış gəzərək görmək istədiyim vaxt qarşıma MR-nın Daxili İşlər nazirinin insanlarla söhbətinin şahidi oldum.Və sadə bir naxçıvanlı olaraq mən də salamlaşdım..Təkcə mənimlə deyil eyni zamanda digər insanlarla da eyni qaydada bu salamlaşma-görüşmənin şahidi olmaq doğurdan da qürurvericidir.Təkcə Daxili İşlər Naziri deyil,Naxçıvan MR-sı DTX-nin rəisi,Naxçıvan MR-sı Nəqliyyat.Gənclər və İdman,Mədəniyyət və Turizim,Təhsil nazirləri davamlı olaraq insanlarla ünsüyyəti özlərinin vəzifə borcu bilməklə yanaşı,həm də bir naxçıvan insanı olmaqdan irəli gəlir.Təbii ki,cənab Vasif Talıbovun öz doğma insanlarına olan qayğısı olduğu yerdə digər məmurlarda bu davranışın daha da güclənməsinə təkan verməyə bilməzlər.

Naxçıvan Polisi və vətəndaş münasibətləri

Naxçıvan MR-da maraqlandığım proseslərdən biri insanların polisə olan münasibətidir.Naxçıvan MR-sı DİN-i insanlarla qurduğu səmimi münasibət demək olar ki,hər kəsin dilində.Naxçıvanlılar polis dedikdə dövlətin bu qurumu ilə bağlı ağız dolusu danışırlar.

DTX-ya münasibət dəyişib

Eldar Mahmudov və onun cinayətkar çetesinin ölkənin təhlükəsizlik sütünlarından birini ciddi çəkildə ləkələməklə,insanlarda bu orqana qarşı qorxu və vahimə yaratmışdı.İş adamları,sadə insanlar bu cinayətkarların əlindən rahat belə nəfəs ala bilmirdi. Ölkə prezidenti Cənab İlham Əliyev tərəfindən Milli Təhlükəsizlik Nazirliyinin ləğvi Eldar mahmudovun vəzifəsindən uzaqlaşdırılması,cinayətkarların həbsi və onun yerində Dövlət Təhlükəsizlik Xidməti yaratması,DTX-nin bütövlükdə cinayətkarlardan təmizlənməsi istiqamıtində atılan addımlar artıq öz bəhrəsin verir.Naxçıvan Dövlət Təhlükısizlik Xidmətində də cidid təmizləmə işləri,insan ların DTX-nə olan inamında dönüş yaradıb.Müşahidələrimiz və insanlarla söhbətdə də bunu görmək olardı.Naxçıvanda insanlara söhbətdə eşitdiyim fikirlərdən biri bu idi: “Bizə uzun illər bu xidməti elə qələmə verirdilər ki,adı gələndə belə qorxu və vahimə içərisində olurduq.Bu gün isə görürük ki,burda çalışanlarda sadə insanlardılar”.

DTX əməkdaşlarının insanlarla davamlı münasibət qurması,onları narahat edən məsələlərlə bağlı müvafiq fikirləri bölüşməsi Naxçıvan DTX-nin yeni rəhbərliyinin iş prinsipinə daxildi. Naxçıvan DTX-nin əməkdaşlarının əhali ilə qıssa bir zaman kəsiyində belə əlaqələr qurması müsbət qiymətləndirilməklə bərabər,eyni zamanda insanların bu xidmətə inamının təcəssümüdür. Təbii ki, Naxçıvan DTX-nin yeni rəhbərliyi vətəndaşlarla münasibət,onların bu orqana inamını gücləndirmək məqsədi vətəndaşalrın təhlükəsizliyinin tərkib hissəsi olaraq qiymətləndirilə bilər.

Gəncliyə göstərilən diqqət

Paytaxt Bakının rayon icra hakimiyyətləri aztəminatlı ailələrin övladlarını,rayon təhsil ocaqlarında yüksək nəticə göstərən məktəbliləri,şəhid övladlarını və müharibə əlillərinin övladlarını respublikanın müxtəlif turizim bölgələrində yay tətilinin səmərəli keçirilməsi istiqamətində dövlət xətti ilə proqramlar həaya keçirdiyin mətbuat səhfələrində davamlı izləməkdəyik.MR-da belə bir proqramların təşkil olunub-olunmadığı ilə də maraqlandıq.

Öyrəndik ki, Ali Məclis sədri cənab Vasif Talıbovun tapşırığı əsasında MR-nın bütün rayonlarında belə bir lahiyələr həyata keçirilir və məktbələrdə yüksək nəticələr əldə edən şagirdlər,aztəminatlı ailələrin övladları,eyni zamanda şəhid ailələrinin övladları və müharibə əlillərinin övladları üçün belə istirahət və gəzintilər təşkil olunmadadır.Bu lahiyələr çərçivəsində quruplar halında uşaqlar MR-nın turizim bölgələrində istirahətləri təşgil edilir.”Ağ Bulaq” Turizim Mərkəzində təşkil edilən belə istirahət proqramlarında gənclər səmərəli şəkildə yay tətilini yüksək şəkildə keçirmiş olurlar.

Səhiyyə əməkdaşlarının dövlət hesabına xaricə göndərilir

Naxçıvanda səhiyyə,təhsil sahəsinə də diqqət digər sahələrə olan münasibət kimidi.Belə ki, MR-nın rəhbərliyinin birbaşa tövsüyəsi əsasında MR-nın Səhiyyə nazirliyi xətəxanalarda çalışan həkimləri xarici ölkələrə,əsasən də MR-a ilə həmsərhəd olan dövlətlərdə təcürbələrinin artırılması üçün ezam edilirlər.Bu həkimlər təcürbədə olduqları müddətdə onların bütn xərcləri dövlət hesabına həyata keçirilir.

Doğma Naxçıvanımı bütün dünyaya tanıtmaq, insanlarımızın qonaqpərvərliyini hayqırmağa bir o qədər gərək yoxdu.Çün ki, bu Şərqin incisi yurduma qədəm qoyan hər bir kəs dediklərimi yaşayırlar.Mən sadəcə olaraq gördüklərimi,eşitdiklərini qələmə aldım.Çün ki, bu qədər görülən işləri,həyata keçirilən ardıcıl sosial lahiyələri görməzdən gələ bilməzdim.

Hər kəsi naxçıvanımıza dəvət edirəm.Gəlin-görün və dedikləimizin şahidi olun.

Nahid Canbaxışlı

Vətəninfo.az İnformasiya Agentliyinin rəhbəri

www.yenicag.az

1100
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv