“İTV”nin mərhum aparıcısı hansı məşhurların qohumudur?

Bu gün səhər saatlarında dünyasını dəyişən “İctimai” TV-də uşaq verilişlərinin aparıcısı Kamran İsrafilov mərhum rejissor Vaqif İbrahimoğlunun bacısı oğlu, Akademik Milli Dram Teatrının keçmiş direktoru İsrafil İsrafilovun qardaşı oğludur.

Bu barədə Yenicag.az-a tanınmış teatrşünas Məryəm Əlizadə bildirib:

“Vaqifimin balası bu gün gözlərini əbədiyyətə yumdu. Oynaya-gülə yerə sərilib. Onu dayısının yanına yola salacağıq”.

İsrafilov Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri idi. İTV-də uşaq və digər verilişlərdə aparıcı olub. 2016-cı ildən Mərdəkan Mədəniyyət Sarayının bədii rəhbəri təyin edilib.

Cəvahir