Reklam: High Technic
hightechnic
Reklam [Left] – 160×600
Reklam [Right] – 160×600
REKLAM: KRISTAL ABŞERON

Qəfil vəfat edən rejissorun ölüm səbəbi bilindi – Oğlu danışdı

Tanınmış rejissor Rövşən Almuradlı bu gün səhər saatlarında qəfildən dünyasını dəyişib.

Rejissorun oğlu Kamal Almuradlı Yenicag.az-a açıqlamasında atasının ürək tutmasından vəfat etdiyini bildirib:

“Səhər tezdən atam dostları ilə Qubaya film təqdimatına gedəcəkdi. Qulu Məhərrəmli, Elçin Şıxlı gəlib onu maşınla götürəcəkdi. Özünü pis hiss etdiyi üçün onlara zəng edib ki, gedə bilməyəcəm, gəlməyin. Evdən çıxıb, qəfildən ürəyi tutub”.

K.Almuradlı atasının iki dəfə mikroinfarkt keçirdiyini də bildirib:

“Atam ürəyindən müalicə olunurdu, iki dəfə mikroinfarkt keçirmişdi. Keçən il metroda da ürəyi tutdu, amma həkimlər onu həyata qaytardı. Bu dəfə ölüm onu apardı. Ürəyinə dammışdı. Bizə deyirdi ki, özümə ev almışam. Sonradan bildik ki, atasının yanında özünə məzar yeri götürüb, onu deyirmiş. Elə orada da dəfn edəcəyik”.

Qeyd edək ki, dəfn mərasimi Sumqayıt şəhərində olacaq.

Allah rəhmət eləsin!

Cəvahir

www.yenicag.az

17218
SFERA
VETENINFO
AZNEWS
MATC
REKLAM: KRISTAL ABŞERON
MARGIN-BOTTOM