Çilidə 39 yaşlı keçmiş yanğınsöndürən iddiaya girib, qəhrəman olmaq və artıq iş saatlarına görə maaş almaq üçün qəsdən yanğın törədib. Bu yanğın nəticəsində 137 nəfər ölüb.
Yenicag.az xəbər verir ki, hadisə Çilinin məşhur istirahət yeri Vina del Mar yaxınlığında baş verib. Bölgədə eyni vaxtda dörd böyük yanğın başlayıb. Şübhəli onlardan ən azı birini başlatmaqda ittiham olunur.
Həmin şəxs əvvəllər Çilinin Milli Fəlakətlərdən Mühafizə Xidmətində könüllü işləyib. Prokurorlar deyib ki, həmin şəxsin məqsədi təcili hallarda yardım edən bir qəhrəman kimi görünmək olub. Qeyd edilir ki, keçmişdə başqa bir yanğını söndürdüyü üçün “qəhrəman” olaraq xatırlanırmış.
Şübhəli daha iki nəfərlə birlikdə həbs edilib. Digər ikisi də yanğınsöndürən və meşə mühafizəçisidir. Polis onların bu planı birgə hazırladığını düşünür. Həbs olunan yanğınsöndürən həm cəmiyyətin rəğbətini qazanmaq, həm də artıq iş saatlarına görə maaş almaq istədiklərini etiraf edib.
Yanğın şübhəlinin maşınından atdığı siqaretlər vasitəsilə milli parkda başlayıb. Quru hava və güclü küləklər yanğının sürətlə yayılmasına səbəb olub. Minlərlə ev məhv olub.
İsmayıl Bakuvi