Qəhrəmanmaraşda bir gündə 2-ci zəlzələ oldu

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Göksun rayonunda 4,6 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, məlumatı AFAD yayıb.

Zəlzələ yerin 7 kilometr dərinliyində meydana gəlib.

Tələfat və dağıntı barədə məlumat verilməyib.