Qəhrəmanmaraşda daha bir zəlzələ oldu

Türkiyənin Qəhrəmanmaraş vilayətinin Göksun rayonunda 4,2 bal gücündə zəlzələ baş verib.

Yenicag.az xəbər verir ki, bu barədə Türkiyə Fövqəladə Halların İdarə Edilməsi Agentliyi (AFAD) açıqlayıb.

Məlumata görə, zəlzələnin dərinliyi 22,17 km olub.

Daha bir zəlzələ isə Diyarbəkir şəhərində baş verib. Təbiət hadisəsi rixter şkalası ilə 3,6 bal gücündə dəyərləndirilib.