Qəhrəmanmaraşda tüstünün qalxdığı dağın sirri nədir? – VİDEO

Qəhrəmanmaraşda baş verən zəlzələlərdən sonra Göksun rayonundakı Kuşkayası dağından tüstü qalxmağa başlayıb.

Yenicag.az Türkiyə mətbuatına istinadən bildirir ki, sosial mediada yayılan video vətəndaşlar arasında çaxnaşmaya səbəb olub və bunun vulkan püskürməsi olduğunu hesab ediblər.

Məlum hadisə ilə bağlı professor Naci Görür bildirib ki, vulkanın olması ehtimalı yoxdur:

“Vulkan tüstü şəklində yaranmır. Sadəcə həmin ərazidə ardıcıl iki böyük zəlzələ yaşandı. Bu baxımdan tüstülənmə sürüşmə hadisəsi səbəbindən ola bilər. Belə ki, sürüşmə zamanı yüksələn toz buluduna tüstü deyilir. Ona görə də narahatlığa əsas yoxdur və tüstülənmə heç bir təhlükə yaratmır”.

Gülşən