Qəhrəmanmaraşda yenidən zəlzələ baş verdi

Türkiyənin Qəhrəmanmaraş şəhərinin Göksun rayonunda 4,8 maqnitudalı zəlzələ olub.

Yenicag.az xəbər verir ki, bu barədə ölkənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Yeraltı təkanların ocağı 6,06 km dərinlikdə olub. Zəlzələ Bakı vaxtı ilə 23:20-də qeydə alınıb.