Qəhvənin qiyməti bahalaşacaq

Qlobal problemlər səbəbindən qəhvənin qiymətinin bahalaşacağı proqnozlaşdırılır.

Yenicag.az xəbər verir ki, Braziliyadakı quraqlıq səbəbindən hazır qəhvə bahalaşa bilər. Bildirilib ki, yağıntının olmaması və yüksək temperatur səbəbindən qəhvə istehsalı 15-20 % azalacaq. Quraqlıq səbəbindən qəhvə bazarlarında qiymətlər isə artıq artmağa başlayıb.

Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan 68 milyon dollar dəyərində qəhvə idxal edib. Ölkənin qəhvə idxalı xərcləri ötən ilin eyni dövrü ilə müqayisədə 3 milyon dollar azalıb./ İqtisadiyyat.az