!Reklam
!Reklam – Sol
Koronavirus
!Reklam – Sag
!Reklam – Arxiv

Qəlbə toxunan xalçalar: Bir tələbənin əngəl tanımayan məqsədi - VİDEOREPORTAJ

!Reklam – Yazi

Bəzi insanlar vardır ki, hər şeyə sahibdir, ancaq həyatı sevib ona bağlanmaq üçün heç bir ideyası, qayəsi, məqsəd və arzuları yoxdur. Boş yaşayıb, sadəcə əlində olan ömrü xərcləmək üçün günlərini səhər gün işığı ilə açıb, gecələri ay işığı altında “dörd divar” arasında, isti çarpayısında yataraq keçirir. Necə də, ağılsız, məqsədsiz, faydasız bir həyat… 

Ancaq bəzi insanlar da vardır ki, müəyyən problemləri, çətinlikləri məqsəd və arzuları üçün ciddi çətinliklər yaradacaq qədər olur. Ancaq məqsədinə, amalına sevgisi o qədər güclü, həyatını o qədər anlamlı və mənalı keçirməyə istəkli olur ki, mümkünsüz olanı mümkün edir, çətinliklər isə perspktivlərə çevrilir.

Məsələn, videomuzun qəhrəmanı Cəhanə kimi.. Adı kimi bir cəhan… Əlində olan fiziki məhdudiyyətlərə baxmayaraq o, ən çətin sayacağımız toxuculuq sənətinin sirrlərinə elə yaxından bələd olub ki, onun bu məhdudiyyətləri artıq heç bir əngəl gücünə sahib deyil. Əksinə, o, xalçalara gözəl naxışlar vuracaq qədər sevgili, məqsədlidir.

Yenicag.az olaraq, bu istedad və tükənməz sənət sevgisi ilə dolu Cəhanə Yaftulla ilə videoreportajı sizə təqdim edirik:

Həşim Səhrablı

www.yenicag.az

2565
!Reklam – Single 02
Ads
www.veteninfo.com
!Reklam – Arxiv