Qələbə paradına hazırlıq məqsədilə təyyarələr Bakı səmasında uçuşlar keçirdi

Vətən müharibəsində qələbəyə həsr olunmuş hərbi parada hazırlıq məşqləri davam edir.

Yenicag.az xəbər verir ki, Silahlı Qüvvələrin təyyarələri parada hazırlıq məqsədilə bu gün Bakı buxtası üzərində uçuşlar keçirib.

Qeyd edək ki, dekabrın 10-da Azadlıq Meydanında keçiriləcək hərbi paradda 3000 nəfərdən artıq şəxsi heyət iştirak edəcək, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilmiş müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, hərbi gəmi və katerlər, eləcə də düşməndən ələ keçirilmiş hərbi qənimətlərin bir qismi nümayiş olunacaq.