“Qələbə qaçılmazdır” – Putin

Rusiya prezidenti Vladimir Putin ölkəsinin müharibədə qələbə qazanacağına şübhə etmədiyini bildirib.

Yenicag.az xəbər verir ki, bu barədə federasiya lideri Sankt-Peterburqdakı Obuxov zavoduna səfəri zamanı deyib.

O, “Qələbə qaçılmazdır” deyərək gülümsəyib.

“Bir neçə məsələ var ki, hələ də üstündən keçib getməmişik və qələbəmizin əsasında bunlar dayanır. Rusiya bir ildə ABŞ-dan üç dəfə çox hava hücumundan müdafiə raketləri istehsal edir”, – deyə Putin bildirib.

Rusiya lideri həmçinin indiki Kiyev rejimini neonasist adlandırıb. /Unikal/