“Qələt edirəm, bağışla məni”: Yalvararaq “Lotu Quli”dən üzr istədi – VİDEO

Son vaxtlar sosial şəbəkədə, xüsusən də “Youtube” vasitəsi ilə kriminal aləmin nüfuzlu şəxslərinə qarşı təhqirdolu ismarıclar yollanılır.

Yenicag.az xəbər verir ki, təhqir edilən şəxslərdən biri də azadlığa çıxdıqdan sonra İstanbulu özünə məskən seçən “Lotu Quli” ləqəbli Nadir Səlifovdur.

Maraqlıdır ki, onu təhqir edənlər “Lotu Quli”ni “qanuni oğru” kimi tanımadıqlarını bildirməklə yanaşı, açıq-aşkar Rövşən Lənkəranski tərəfdarı olduqlarını da bildirirlər.

Ancaq çox keçmir ki, Səlifovun ünvanına xoşagəlməz ifadələr işlədənlər müxtəlif yollarla cəzalanırlar. Onlardan bəziləri də üzr istəmək məcburiyyətində qalır.

İndi təqdim etdiyimiz şəxs də onlardan biridir. Düzdü, onun kimliyi açıqlanmasa da, videomüraciətində “Lotu Quli”dən üzr istəyərək, peşman olduğunu bildirir.

COP29